RU
Toivo Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə müzakirələr aparıb
18:35
123

Toivo Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə müzakirələr aparıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan baş nazir müavinləri ilə görüşüb.

7NEWS.Az xəbər verir ki, bu barədə nümayəndə  tviter hesabında yazıb.

"Ötən gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla kommunikasiyaların açılması ilə bağlı görüşüm oldu. Hər iki tərəfdən güclü öhdəlik görmək çox yaxşıdır”, - paylaşımda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ