RU
Tokio Olimpiadası: Azərbaycan gümüş medalla neçənci sıraya qalxdı?
19:47
171

Tokio Olimpiadası: Azərbaycan gümüş medalla neçənci sıraya qalxdı?

Karateçi Rafael Ağayevin bu gün Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanması ilə Azərbaycan medal sıralamasında irəliləyib.

7NEWS.Az-ın xəbərinə görə, ölkəmiz hazırda bir gümüş və üç bürünc medalla 69-cu sıradadır.

 

Bizim kimi Monqolustan da eyni nəticəni göstərib.

Qeyd edək ki, hazırda Çin 36 qızıl, 26 gümüş və 17 bürünc medalla liderdir. ABŞ 31 qızıl, 36 gümüş və 31 bürünc medalla ikinci və meydan sahibi Yaponiya 24 qızıl, 11 gümüş və 16 bürünc medalla üçüncüdür.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ