İrina Zaretskaya qrupda sonuncu görüşünü keçirib.
7NEWS.Az xəbər verir ki, o, türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
İrina altı xalla qrup lideri olub. O, yarımfinala çıxmaqla ən azı bürünc medalı özünə təmin edib.
10:54
İrina Zaretskaya qrupda üçüncü görüşünü keçirib.
7NEWS.Az xəbər verir ki, o, Sofya Berultsovaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub.
İdmançımızın yarımfinala çıxması üçün Məltəm Hocaoğlunu (Türkiyə) məğlub etməsi lazımdır. Hazırda İrina dörd xalla qrupda ikinci yerdədir.
10:28
7NEWS.Az xəbər verir ki, o, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlib.
09:46
Azərbaycan karateçisi İrina Zaretskaya Tokio Olimpiadasına qələbə ilə başlayıb.
7NEWS.Az-ın xəbərinə görə, dünya və Avropa çempionumuz ilk görüşdə meydan sahibi Ayumi Uekusa (Yaponiya) ilə qarşılaşıb.
İrina rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
7NEWS.Az








