RU
Tokioda keçiriləcək “Olimpiada-2020”-nin təxmini büdcəsi açıqlanıb
21:15
478

Tokioda keçiriləcək “Olimpiada-2020”-nin təxmini büdcəsi açıqlanıb

Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları ölkə büdcəsinə 15 milyarddan 16,8 milyard dollara qədər başa gələcək.

7news.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Olimpiadanın təşkilatçıları məlumat yayıb. 

Qeyd edilən məbləğin 6,3 milyard dolları müxtəlif obyektlərin inşa edilməsinə, 7,7 milyard dolları xidmətlərə, 1 milyarddan 2,8 milyarda qədəri isə fors-major vəziyyətlər üçün xərclənəcəyi nəzərdə tutulub.   

2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadanın büdcəsi 3,5 milyarddan bir qədər çox olub, London isə 2012-ci ildə yarışlara 13 milyard dollar xərcləyib. Daha çox pul xərclənən Olimpiada oyunları 2014-cü ildə Soçidə keçirilən yarışlardır. Həmin il yarışlara 51 milyard dollar xərclənmişdi. 

XXXII Yay Olimpiya Oyunlarının Tokioda keçiriləcəyi 2013-cü ilin sentyabr ayının 7-də elan edilmişdi. 2020-ci il Olimpiya Oyunlarının açılışının iyulun 24-də Tokioda keçiriləcəyi gözlənilir. Oyunların ev sahibliyinə Madrid və İstanbul da namizəd idi. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ