RU
Tolga atasının dəfninə çatmadı, Günay iştirak etdi - Fotolar
15:00
574

Tolga atasının dəfninə çatmadı, Günay iştirak etdi - Fotolar

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva oğlu Cihangirlə keçmiş qayınatasının dəfn mərasimində iştirak edib.

Bu barədə o, instaqramda paylaşım edib.

"Tufan əmi, nur içində yat. Gözəl yeməklər bişirirdiniz mənə. Sizi elə xatırlayacağam. Məkanınız cənnət olsun”, - deyə Musayeva yazıb.

Hazırda ABŞ-da yaşayan Tolga Karel isə atasının dəfn mərasiminə çatmayıb. "Əlvida, ata. Səninlə vidalaşa bilmədim, amma mən ölənə qədər sən də mənimlə yaşayacaqsan”, - deyə Karel instaqramda yazıb.

O, atasının xərçəng xəstəliyindən vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, ikinci dəfə ailə həyatı quran T. Karel 2016-cı ildə ABŞ-a köçüb. 

 

 





 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ