Dünyanın ən zəngin supermodeli, erməni Kim Kardaşyanın bacısı Kendall Cenner "LOVE Magazin" jurnalı üçün fotosessiyaya çəkilib, müsahibə verib.
7news.Az TMZ-yə istinadən bildirir ki, 22 yaşlı model jurnal üçün hovuzda topless halda poza da verib.
Kendallın topless fotosunu LOVE-un redaktoru Keti Qrand İnstagram profilində paylaşıb.
Onun sözlərinə görə, ötən il çox ağır stress keçirib.
"Əsl depressiyada idim. Yalnız iyun ayında işə qayıtdım. Pullu, milyonçu, varlı, məşhur ola bilərsiniz. Amma psixi durumunuz bu məqamlardan asılı deyil", - model deyib.
Jurnalın 10 illik yubileyinə həsr olunmuş buraxılışında Bred Pitt, Cici Hədid, Aduoa Aboa və Naomi Kempbellin də fotosessiyaları dərc olunacaq.


7news.Az








