Böyük Britaniyadan olan 3 uşaq anası, 25 yaşlı Antoniya Qrem artıq çəkisiylə nəinki barışıb, hətta kamera qarşısında "fastfood" yeməklə minlərlə funt sterlinq qazanır.
Bu barədə "The Sun" yazır.
Belə ki, uzun müddət pəhrizlərlə arıqlamağa çalışan Qrem cəhdlərinin boşuna çıxdığını gördükdə məsələyə ironiya ilə yanaşmaq qərarına gəlib.
Bir gün o, "TikTok"da qarnını nümayiş etdirərək öz çəkisi barədə zarafat edib. Təəccüblü olsa da, həmin paylaşım 7,6 milyon izləmə toplayıb.
Şərh yazanlardan biri ona kamera önündə yeməyi təklif edib. Qrem bu məsləhətə qulaq asaraq, "OnlyFans" platformasında hesab açıb və həftədə iki dəfə canlı yayımda "McDonalds", "KFC" və "Dominos"un yeməklərini iştahla yeyib.
"Mən bir dəqiqə baxışa 10 funt sterlinq (təxminən 22 manat) alıram və yalnız bazar ertəsi və cümə günü işləyirəm", - deyə qadın açıqlayıb.
Qrem bir oturuma 3 000 kilokalori qəbul edir və daha da kökəlir. Lakin bunun müqabilində o, aya 10 min funt sterlinq (22 min manat) qazanır.
Bundan başqa, Antoniya hesab edir ki, bu iş ona özünü olduğu kimi sevməyə kömək edib. Amma buna baxmayaraq, qadın etiraf edir ki, bu işlə daimi məşğul olmaq fikrində deyil./big










7News.Az








