RU
Toppuş bacı mədəsini kiçiltdi - ana olmaq istəyir
21:46
1384

Toppuş bacı mədəsini kiçiltdi - ana olmaq istəyir

Artıq kilodan uzun illərdir əziyyət çəkən Toppuş ləqəbli aktrisa Tünzalə Əliyeva mədəsini cərrahiyyə yolu ilə kiçiltdiyini deyib.

7news.az gecce.az-a istinadən xəbər verir ki, bu barədə o, ATV Maqazin verlişində danışıb. Aktrisa bildirib ki, mədəsinin 4-də 3 hissəsini kəsib götürüblər. Bu da gün ərzində onun az qidalanacağından xəbər verir:

"150 kilodan 108 kiloya düşmüşəm. Arıqlamağa davam edirəm. 80 kiloya düşənə qədər arıqlamaqda iddialıyam. Sevdiyim şirniyyatları yeyə bilmirəm. Mədəni kiçiltsəm belə, idmandan uzaqlaşmadım. Məşqlərə davam edirəm".

Aktrisa tez-tez sosial şəbəkələrdə müzakirəyə çıxarılan ailə münasibətlərindən danışıb:

"3 ildən çoxdur ki, ailəli xanımam. Barəmizdə çıxan şaiyələrə əhəmiyyət vermirik. Həyat yoldaşımla bağlanmışıq bir-birimizə. Ayrı qala bilmərik. Ailəmi çox sevirəm. Övlad sahibi olmaq istəyirik. Allah özü qismət eləsin" - deyə Tünzalə xanım bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ