7NEWS.az xəbər verir ki, M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə ictimai-siyasi və təbliğat işinin təşkilinə dair tədbirlər planına uyğun olaraq "Torpaq - əgər uğrunda ölən varsa Vətəndir” adlı aksiya keçirilib. Keçirilən aksiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə gəncləri iştirak edib. Gənclər M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən şəhid abidələrini ziyarət edərək, onların ətrafını təmizləyib və şəhid abidələrinin qarşısına güllər düzüb. Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur. Şəhidlərimiz Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək olublar.








