Hindistanın şimal-şərqində Çinlə sərhəddə baş verən torpaq sürüşməsi nəticəsində azı 16 nəfər həlak olub.
7News.Az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, sürüşmə aprelin 22-də səhər saatlarında Arunaçal-Pradeş regionunun Pxalma kəndi yaxınlığında baş verib. Hadisəyə leysan yağışlarının səbəb olduğu bildirilir.
“Times Of India” qəzeti dağıntılar altında insanların qala biləcəyini yazıb. Hazırda hadisə yerində axtarış-xilasetmə xidmətinin əməkdaşları çalışır.








