RU
Torpaq sürüşməsi İsmayıllıda təhlükəli vəziyyət yaradıb – FOTO
22:00
516

Torpaq sürüşməsi İsmayıllıda təhlükəli vəziyyət yaradıb – FOTO

Aramsız yağan yağışlar İsmayıllı rayonunun Sədiyan kəndində torpaq sürüşməsinə səbəb olub. Bu isə yaşayış məntəqəsində təhlükəli vəziyyət yaradıb.

7news.Az-ın məlumatına görə, rayon icra hakimiyyətindənAZƏRTAC-a bildiriblər ki, kəndin şimal hissəsindən mərkəzinə doğru dərinliyi 1,5 metr, eni isə 3 metr olmaqla, 150 metr uzunluğunda yarğan əmələ gəlib.

Sürüşmə nəticəsində kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Ağalı Nadir oğluna məxsus təsərrüfat tikilisi dağılaraq yararsız vəziyyətə düşüb. Habelə, yaxınlıqda olan bir neçə yaşayış evi də təhlükə qarşısındadır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ