Bakıda keçiriləcək IV Qlobal Bakı Forumu barədə 7News.Az-a danışan ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, Bakı forumu Azərbaycan haqqında formalaşan yüksək fikiri bir daha təsdiq edir.
Toğrul Allahvetdili bildirib ki , Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun iştirakçıları dünyanın siyasi fikir mərkəzində kifayət qədər söz sahibi olan şəxslərdən ibarətdir. Bu gün dünyada dini və etnik zəmində baş verən haqsızlıqlara qarşı əksər dövlətlərin yüksək vəzifəli təmsilçilərinin Bakıda görüşməsi müsbət haldır . Bundan başqa demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi , sahəsindəki qlobal problemlərin və Suriya məsələsinin də müzakirə olması Azərbaycanın gücünün və dünya dövlətlərinə qarşı inamın gostəricisidir Forumun əsas məqsədi təbii ki, Azərbaycanın dünyadakı imici deməkdir. Bu forum həm də ölkəmizdə multikultral dəyərlərə verilən qiymətin ən bariz nümunəsidir. Artıq dünyada Multikultralizmin Azərbaycan modeli geniş yayılmaqdadır. IV Qlobal Bakı Forumu Multikultralizmin Azərbaycan modelini dünyaya daşıyacaq








