RU
12:36
806

"Tottenhem"in futbolçusu cəzalandırıldı

İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Delle Allini cəzalandırıb.

7News.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun "Vest Bromviç"ə qarşı matçda rəqib futbolçu Kladio Yakobun qarnına yumruqla vurması səbəb olub. Buna görə ingilis yarımmüdafiəçi üç oyunluq cəzalanıb.

Bu isə o deməkdir ki, 20 yaşlı futbolçu Premyer Liqanın cari mövsümünün qalan görüşlərində iştirak edə bilməyəcək.

Qeyd edək ki, D.Alli bu mövsüm "Tottenhem"də oynadığı 33 matçda 10 qol vurub. O, İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən bu mövsümün ən yaxşı gənc futbolçusu seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ