Tovuzda baş verən dörd günlük müharibə zamanı Azərbaycan ordusunun məhv etdiyi erməni hərbiçiləri ilə bağlı faktları Ermənistan rəhbərliyi gizlətməyə çalışmaqda davam edir. Bu səbəbdən də erməni xalqının diqqətini bu itkilərdən yayındırmaq üçün günlərdir xarici ölkələrdə təxribatlar yaratmaqda maraqlıdır.
Amma bu itkiləri sonsuza qədər gizlətmək təbii ki, mümkün deyil. Hökumət etiraf etməsə də, ayrı-ayrı erməni vətəndaşları bu döyüşdə çoxlu sayda hərbiçinin məhv edildiyini dilə gətirir. Bu haqda "Yeni Sabah”a daha bir məlumat daxil olub.
Belə ki, Rusiyanın Arxangelsk vilayətində yaşayan Arat adlı erməni vilayətdəki azərbaycanlılarla söhbətində Paşinyanın gizlətmək istədiyi faktları açıqlayıb. Onun danışdığı azərbaycanlılardan biri saytımıza bildirib ki, Arat Tovuz savaşında ölkəsinin böyük itki verdiyini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Silahli Qüvvələrinin hücumu nəticəsində Ermənistanın Berd şəhərində dislokosiya olunmuş hərbi hissələrdə xidmət aparan çoxlu sayda hərbçi həlak olub. Həmin hərbiçilərinin çoxu erməni rəhbərliyi tərəfindən gizli olaraq dəfn edilib.
Buna görə də, həmin döyüşdə həlak olan şəxslərin yaxınları hətta 15.07.2020-ci il tarixdə Berd şəhərində kütləvi aksiya da keçiriblər. Təbii ki, bu aksiya da mediadan gizlədilib.
7News.Az








