Tovuz rayon icra başçısının müavini Mahir Həsənov işdən çıxarılıb.
7News.Az xəbər verir ki, bu barədə jurnalist Sevinc İltifatqızı Feysbuk sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, M. Həsənov vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulub və ona qarşı cinayət işi açılıb.








