RU
Tovuzda 35 yaşlı kişinin meyiti tapıldı
16:30
290

Tovuzda 35 yaşlı kişinin meyiti tapıldı

Tovuz rayonunun Eyyublu kəndində su arxının kənarında kişi meyiti tapılıb.

Bu barədə 7News.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar nəticəsində meyitin kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Əliyev olması müəyyən olunub. Üzərində zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ