RU
Tovuzda ağır qəza — 3 yaralı + FOTOLAR
21:15
414

Tovuzda ağır qəza — 3 yaralı + FOTOLAR

ARB Kəpəz xəbər verir ki, Tovuzda yağmurlu hava yol-nəqliyyat hadisəsinə səbəb olub.
 
Qəza axşam saatlarında rayonunun girişində, Qala kompleksinin yaxınlığında baş verib. "VAZ 2109" və "VAZ 2104"-ün iştirakı ilə baş verən hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Sürücülər yüngül xəsarət aldığından onlara Təcili Tibbi Yardım briqadası tərəfindən yerində yardım göstərilib. "Vaz 21-09"-un sərnişini 33 yaşlı Xəyal Poladov isə Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətlədirirlər.
 
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşıdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ