RU
Tovuzda avtomobil piyadanı vurub
01:05
497

Tovuzda avtomobil piyadanı vurub

Tovuzda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Ceyhun Həmzəyev yolu keçmək istəyərkən “QAZ-31” markalı avtomobil tərəfindən vurulub.

Yarlı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Sol baldırın yuxarı hissəsinin sınığı diaqnozu qoyulan C. Həmzəyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ