RU
Tovuzda baş verən yol qəzasında ər və arvadı xəsarət alıb
21:40
332

Tovuzda baş verən yol qəzasında ər və arvadı xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun 429-cu kilometrliyində, rayonun Alakol kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolun kənarında dayanan TIR-a çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və onun həyat yoldaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ