Tovuzda qadın meyvə ağacından yıxılıb.
Hadisə rayonun Xatınlı kəndində baş verib.
Məlumata görə, kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədova Səhər Hüseyn qızı yaşadığı evin həyətində meyvə yığarkən ağacdan yıxılıb.
Hadisə nəticəsində qadının döş qəfəsi sınıb və bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır./trend
7News.Az








