DİN məlumat yayıb.
Daxili İşlər Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
7News.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da saat 01.00 radələrində Tovuz rayonunun Qaraxanlı kəndində kənd sakini Rəsul Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “KamAZ” markalı avtomobilə vurub.
Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölüb, xəsarət almış digər sərnişini İbrahim Əsədov xəstəxanaya yerləşdirilib.
Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
30.08.2015
Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
7News.Az FHN-ə istinadən xəbər verir ki, istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxararaq və aidiyyətı üzrə təhvil veriblər.








