RU
Tovuzda ev partladı, yaralı var
20:25
498

Tovuzda ev partladı, yaralı var

7news.az  xəbər verir ki, Tovuzda yaşayış evində güclü partlayış baş verib.

Hadisə bu gün rayonun Alakol kəndində Mehman Həmzəyevə məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması dağıntıya səbəb olub.
Qonşuların sözlərinə görə, qəfildən güclü partlayış səsi eşidib, küçəyə çıxan zaman evin divarının uçduğunu görüblər.
4 nəfərin yaşadığı mənzildə şiddətli partlayış zamanı 12 yaşlı Elşən Həmzəyev xəsarət alıb.
Hadisə nəticəsində ev sahibinə xeyli ziyan dəyib. Partlayış zamanı evdə yanğın qeydə alınmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb./ttv

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ