RU
Tovuzda gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb-FOTO
12:02
119

Tovuzda gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb-FOTO


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın  bölgə müxbirinə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə rayonun Bozalqanlı kəndində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları RPŞ-yə gətirilib. RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. 9 nəfər  məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ