RU
Tovuzda içki məclisi qanla bitdi-bir nəfər öldürüldü
09:51
144

Tovuzda içki məclisi qanla bitdi-bir nəfər öldürüldü


Kür qırağında içki məclisi qanla bitib. 7NEWS.az-ın bölgə  müxbirinin verdiyi məlumata görə hadisə Kür çayının Tovuz rayonundan kəçən hissəsində baş verib.İçki məclisi zamanı Gədəbəy rayon Əmiraslanlı kənd sakini,1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlu Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədəov Elvin Submat oğlunu bıçaqla qətlə yetirib. İlkin məlumata görə hər iki şəxs içkini təsiri altında olub.Faktla bağlı Tovuz rayon Prokurorluğu və Polis Şöbəsində cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ