ATV-nin Qərb bölgəsindəki əməkdaşı Əminə İmranqızının saytımıza verdiyi məlumata görə, Tovuzda iki mülkü şəxs minaya düşüb.
Hadisə rayonun erməni mövqelərinə yaxın ərazidə yerləşən Ağbulaq kəndində baş verib. Mal-qara axtarmaq üçün meşəyə gedən iki kənd sakini 28 yaşlı Elvin Qafarov və 58 yaşlı Qəhrəman Cabbarov düşmənin qurduğu tələyə düşüb. Güclü partlayış nəticəsində 28 yaşlı Elvin Qafarov hər iki ayağından ağır yaralanıb. 58 yaşlı Qəhrəman Cabbarov isə gözlərindən ciddi xəsarət alıb. Yaralılar dərhal Azərbaycan ordusunun əsgərləri tərəfindən Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Elvin Qafarovun vəziyyəti daha ağır olduğundan o, təcili olaraq əmiliyyat masasına götürülüb və onun sol ayağı ambutasiya olunub. Xəstəxanadan verilən son məlumata görə, vəziyyəti hələ də orta ağır olaraq qalır.
Digər yaralı Qəhrəman Cabbarov isə ambulator müalicə alaraq evə buraxılıb. Elvin Qafarovun atasının dediyinə görə, kənd sakinlərinin hər ikisinin iribuynuzlu mal-qarası buraxıldığı otlaq sahəsindən səhər saatlarınadək geri qayıtmadığından onlar sübh tezdən heyvanların axtarışına çıxıblar. Heyvanları axtararkən də başlarına bu hadisə gəlib.
7news.az








