RU
Tovuzda maşın bazara girdi - Şəhid qardaşı öldü
12:10
200

Tovuzda maşın bazara girdi - Şəhid qardaşı öldü

Şəhid qardaşı avtomobil qəzasının qurbanı olub.

7News.Az modern.az-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi "Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub. Onlardan biri Əliyev Hümmət Ülfət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

Hazırda faktla bağlı araşdırma aparılır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ