Tovuz rayonunda avtomobilin idarə etməsini itirən sürücü avtomobili çaya aşırıb. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəribli kəndində baş verib. Maşın çaya aşıb. Qəza zamanı 10 yaşlı Məmmədov Mayıl Rizvan oglu onun atası 1985-ci il təvəllüdlü Məmmədov Rizvan Rafiq oğlu xəsarət alıb.Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətləri orta ağırdır.








