Tovuz rayonunda baş verən yol qəzası nəticəsində xəstəxanaya yerləşdirilən sürücü dünyasını dəyişib.
7News.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, iyunun 1-də idarə etdiyi "VAZ 2109" markalı avtomobildə idarəetməni itirən, maşını daş hasara çırparaq ağır bədən xəsarətləri alan 32 yaşlı Tovuz sakini Fəyyaz Nuriyev Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.
Həkimlərin səyinə baxmayaraq komada qalan sürücü dünyasını dəyişib.
7News.Az








