RU
Tovuzda qəza — Yaralananlar var
11:10
503

Tovuzda qəza — Yaralananlar var

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə yolun 438-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

 "QAZel” və "VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayon sakini 1974-cü il təvəllüdlü Ədalət Namazov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ