RU
Tovuzda qəzada 4 nəfər yaralandı - Adlar
11:10
250

Tovuzda qəzada 4 nəfər yaralandı - Adlar

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

İnsident rayonun Alakol kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb. Nəticədə, 4 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar rayonun Yanıqlı kənd sakinləri - 1999-cu il təvəllüdlü Hüseynov Vidadi Eyvaz oğlu,1998-ci il təvəllüdlü İsmayılov Elfaq Aydın oğlu, 1998-ci il təvəllüdlü Mustafayev Məhərrəm Seymur oğlu və 1995-ci il təvəllüdlü Mehdiyev Azər Eyyub oğludur.

 

Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ