Tovuzda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.
Xəsarət alanlar Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvüləridir. Faktla bağlı araşdırma aparılır.
21.31
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan 2 "VAZ" markalı avtomobil toqquşub.
Qəza zamanı bir qadın ölüb, 4 nəfər ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
7NEWS.Az








