Tovuzda rayonunda azyaşlı quyuya düşüb.
FHN-in mətbuat xidmətindən 7News.Az-a verilən məlumata əsasən, Tovuzda 1 nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
7News.Az








