RU
Tovuzda yanmış evdən ər və arvadın meyitləri tapılıb
20:55
1409

Tovuzda yanmış evdən ər və arvadın meyitləri tapılıb

Sevda Hüseynova öldürüldükdən sonra yandırılıb.

Tovuzda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

7news.Az xəbər verir ki, APA-nın Tovuz rayon hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 64 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 57 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb.

Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.

Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ