RU
Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var
22:06
146

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford Tranzit”lə digər avtomobil toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ