RU
Tovuzda yol qəzası - Bir nəfər öldü, bir nəfər yaralandı
17:05
1373

Tovuzda yol qəzası - Bir nəfər öldü, bir nəfər yaralandı

Tovuzda  bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası isə baş verib.

7News.Az xəbər verir ki, rayonda yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrosiklla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza  nəticəsində  dünyasını dəyişən 36  yaşlı  polis  baş  leytenantı  Eyvaz  Həsənov  Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ