RU
Tovuzda yol tikintisinə 4 milyon manat ayrıldı
21:00
1393

Tovuzda yol tikintisinə 4 milyon manat ayrıldı

Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyevin Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala- Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

7News.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına görə, 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ