RU
Tovuzda yük və minik avtomobilləri toqquşub - FOTO
12:00
351

Tovuzda yük və minik avtomobilləri toqquşub - FOTO

Tovuz rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Aşağı Öysüzlü kəndində yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan yük maşını yol kənarındakı arxa düşüb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Hikmət Vaqif oğlu Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun idarə etdiyi avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Zaqatalada minik avtomobili aşıb./report

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ