RU
Tovuzdakı dəhşətli qəzada yaralananlardan biri xəstəxanada öldü - YENİLƏNİB+FOTO
21:50
338

Tovuzdakı dəhşətli qəzada yaralananlardan biri xəstəxanada öldü - YENİLƏNİB+FOTO

Tovuzdakı dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb. 

 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu yaralı vəziyyətdə aparıldığı Tovuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. 

Qeyd edək ki, qəza anında sürücü Qarayev İsmət Şükür oğlu da həyatını itirmişdi. 

 

18:30

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.  

"VAZ 2107” və "Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.  

Minik avtomobilinin sərnişini, 21 yaşlı İsmət Qarayev hadisə yerində dünyasını dəyişib.  

Xəsarət alanlar - 22 yaşlı Qədim Ağayev, 14 yaşlı Sunay Məmmədova və 53 yaşlı Sultanəli Quliyev Tovuz Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Onlardan Sunayın vəziyyəti ağır olduğundan o, Qazax Müalicə Diaqnostika mərkəzinə aparılıb.  

Faktla baglı araşdırma aparılır. 

Nazir Quliyev

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ