RU
Toy karvanında ikitəkər qaldıran “07” belə aşdı
09:31
899

Toy karvanında ikitəkər qaldıran “07” belə aşdı

Maşını ikitəkər qaldırmaq sürücüyə baha başa gəlir.

Sosial şəbəkələrdə toy karvanında baş vermiş avtomobil qəzasının videosu yayılıb. 

“VAZ-2107 markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək bir neçə dəfə təhlükəli şou göstərir. 

Əvvəlki cəhdləri uğurlu alınsa da, sonda maşını ikitəkər qaldırmaq sürücüyə baha başa gəlir. Belə ki, toy karvanın qarşısında gələn “07” aşaraq yolun ortasında bir neçə dövrə vurur. 

Videonun dəqiq tarixi və harada çəkildiyi barədə məlumat verilmir. Həmin görüntüləri təqdim edirik:

Son illər Azərbaycanda toy karvanlarında ağır qəzaların sayı artıb. Ötən həftə Ağdaşda nişan mərasimindən sonra bəy sərxoş halda qəza törədib və 5 nəfər ölüb. ;avtosfer

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ