RU
Toy karvanında qəza zamanı ölən və yaralananların adları - Açıqlandı + Yenilənib
18:32
729

Toy karvanında qəza zamanı ölən və yaralananların adları - Açıqlandı + Yenilənib

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

Toy karvanında hərəkət edən "Niva” markalı avtomobil "VAZ 2107” markalı avtomobilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında "Niva” markalı avtomobillə "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, qəza zamanı "VAZ 2107” markalı avtomobildə olan 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. "Niva” markalı avtomobildə olan 1975-üc il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil, 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar./apa
7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ