RU
11:16
552

"Toy libasın kəfənin oldu"- Universitetdə ölən İbrahimin ən yaxın dostunun ürəyi yandı

Xəbər verdiyimiz kimi, ötən gün Gəncə Dövlət Universitetində magistr təhsili alan İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəib oğlu ali məktəbdə olarkən huşunu itirib. 

7News.az xəbər verir ki, xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. 

İbrahimin yaxınları, ən yaxın dostu Ümid Ələkbərli onun yoxluğuna alışa bilmir. Onlar İbrahimin sosial şəbəkədə yazdığı son statusunun altına "Heyf səndən, qardaşım", "Bu ölüm sənə yaraşmadı", "Günlərimiz olub sənlə", "Hər zaman üzündə gülümsəmə vardı, bu dəfə güldürmədi", "Bizim kafedranın nümunəvi tələbəsi", "İndicə gətirdilər evlərinə, çox dəhşətli mənzərə idi", "Toy libasın kəfənin oldu" və s. şərhini yazıb.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ