7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Star yazır.
Belə ki, 2018-ci ilin oktyabrında toy hazırlıqları zamanı 32 yaşlı Cemma arzuladığı toy paltarını geymək üçün arıqlamağı özünə məqəd seçib.

Həmin ilin avqustunda bəyəndiyi libas artıq 50 kg arıqlayan qızın tam eyninə olub.
Cemma vətəndaş nikahında 7 il birlikdə yaşadığı Alanla ailə qurub.
Bu müddətdə onların artıq bir övladı da dünyaya gəlib. Bütün diqqətini uşağa yönəldən ananın öz yemək rasionu bərbad vəziyyətə düşüb.
Səhər, günorta, axşam çips və fastfudla qidalanan Cemma arıqlama qruplarına qoşulandan sonra xüsusi pəhrizlərlə arzusuna çatıb.

Toy günü özünə bənzəməyən qız bütün qonaqları şoka sala bilib. O, bəyin sevincdən hətta kövrəldiyini deyir.
7News.Az








