RU
Toya gedən 2119 nəfərin pulu cibində qaldı
10:50
170

Toya gedən 2119 nəfərin pulu cibində qaldı

Avqustun 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, monitorinq 224 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2119 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ