RU
Toyda adam bıçaqlayan məhkəmədə həbs edildi
13:58
342

Toyda adam bıçaqlayan məhkəmədə həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində toyda tanışını bıçaqlamaqda təqsirləndirilən Vilayət Məmmədova hökm oxunub.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında qandallanıb.

 

İttihama görə, Şabran rayonunda toy məclisində mübahisə edən V.Məmmədov və Roman Dəmirov restorandan çıxaraq kənarda əlbəyaxa dava ediblər.

V.Məmmədov restorandan çıxarkən özü ilə götürdüyü bıçaqla R.Dəmirovu vurub. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Məhkəmə zamanı R.Dəmirov onu bıçaqlayan Vilayəti bağışlayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ