RU
Toyda butulka ilə tanışının boğazını kəsənə hökm oxundu
17:20
648

Toyda butulka ilə tanışının boğazını kəsənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində toyda butulka ilə tanışının boğazını kəsərək onu öldürməkdə təqsirləndirilən Ramik Aydabəyova hökm oxunub.

Hakim Azər Paşayevin icraatında olan prosesdə R.Aydabəyov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Qusar rayonunun Xuray kəndində toy zamanı 35 yaşlı R.Aydabəyov 46 yaşlı İ.Ulubəyovla yeyib-içdikdən sonra mübahisə zamanı masanın üzərindəki butulkanı sındırıb qırıntıları ilə onun boyun və baş nahiyəsinə xəsarət yetirib. Damarı kəsilən İ.Ulubəyov çoxlu qanitirmədən ölüb. /qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ