29 yaşlı Ceff Baleha belə deyir. ABŞ-ın Kaliforniya ştatında yaşayan Ceff 27 yaşlı Serena Bhatiya ilə evlənib.
Onların toyları qəribə və hətta unikal olub.
Toy San-Fernando valisində, bir zamanlar əfsanəvi müğənni Frenk Sinatraya məxsus olmuş malikanənin həyətində keçirilib.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, Serena və Ceffin toyunda bütün qonaqlara nəşə və tiryək paylanıb, masa üzərindəki qablara çətənə qoyulub.
Bəylə gəlin də doyunca nəşə çəkərək kameralara tüstü püskürdüblər.
"Nəşə çəkənik. Nəşəsiz həyatımızı təsəvvür etmirəm. Toyda da nəşə çəkdik, çünki biz beləyik", - dizayner işləyən Serena Bhatiya deyib.
Onun sözlərinə görə, marixuana da spirtli içkilər təki rutin, adi nəsnədir.
Məşhur kulinar və aşpaz Ceff Baleha da xanımının dedikləri ilə tam razıdır.
Onların toylarında qonaqlara marixunalı "təam"lar təklif olunub. Hətta tortda belə, marixuana vardı.
7News.Az













