RU
Toyda iştirak edən 250 nəfər karantinə alınıb
14:50
415

Toyda iştirak edən 250 nəfər karantinə alınıb

Özbəkistanda qırmızı zonaya daxil olan, müxtəlif şənliklərin keçirilməsinin qadağan olunduğu Surxandərya vilayətində sanitar-gigiyena normalarına əməl edilmədən keçirilən toyda iştirak edən 250 nəfərin hamısı karantinə alınıb.

7News.Az AZƏRTAC-a istinadən bildirir ki, bu yaxınlarda ölkədə yaşıl və sarı zonalara toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib, ancaq bu məclislərdə 30-dan artıq adam olmamalıdır.

Məlumatda deyilir ki, Surxandərya vilayəti qırmızı zonaya daxil olduğu üçün burada belə mərasimlərin keçirilməsi qəti qadağandır.

Vurğulanır ki, hazırda vilayətdə karantində 4118 nəfər var.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ