RU
Toyda koronavirus xəstəsi AŞKARLANDI - FOTOLAR
13:45
306

Toyda koronavirus xəstəsi AŞKARLANDI - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 7News.Az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən "Röya" şadlıq sarayında keçirilən yoxlamalar zamanı toya dəvət edilən qonaqlar içərisində bir nəfər qadının aktiv koronavirus xəstəsi olduğu müəyyən edilib. O, ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Qadının saraya girişinə icazə verilməyib və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

 

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toyda koronavirus xəstəsi AŞKARLANDI - FOTOLARToyda koronavirus xəstəsi AŞKARLANDI - FOTOLAR


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ