RU
Toyda kütləvi dava - Xəsarət alan var
10:30
542

Toyda kütləvi dava - Xəsarət alan var

Tovuz rayonunda toyda kütləvi dava olub.

7news.Az "Trend”ə istinadən  xəbər verir ki,  hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.

Toyda sərxoş vəziyyətdə olan bir-neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.

 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ