Daha sonra gəlin paltarını aşağı salır, qurşağa qədər soyunur və qonaq gələn kişilərin əllərini sinəsinə qoyur.
Bu əxlaqsızlıq olayının Çinin şimalındakı şəhərlərdən birində, toyda yaşandığı deyilirdi.
Video sosial şəbəkələrdə yayılandan sonra çox böyük rezonans doğurub. On minlərlə hiddətli çinli "bizdə belə sarsaq, tərbiyəsiz adət yoxdur" yazıb. Polis isə araşdırmalara başlayıb.
Çinin Şençjan şəhər polisindən verilən məlumata görə, araşdırmalar başa çatıb.
"Toyda əxlaqsızlıq" adı ilə yayılan videonun əslində Tailandın Pattayya kurortundakı gecə klublarından birində çəkildiyi müəyyənləşib. Gəlin paltarında olan qadın isə klubun "işçisi", fahişəliklə pul qazanan "go-o girl" imiş./milli.az
7News.Az










